Polşaya səfər edən Azərbaycan milli futbol komandasının baqajı itib.
Far.Az xəbər verir ki, bu barədə polşalı jurnalist Petr Slonka "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, milli komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşmanın keçiriləcəyi Krakov şəhərinə baqajsız çatıb.
Hadisə səbəbindən futbolçular məşqə planlaşdırılandan gec başlayıblar.
Qeyd edək ki, Azərbaycan–Ukrayna oyunu oktyabrın 13-də keçiriləcək.