AZ

Fransalı ulduzdan sərt sözlər: “Okan Buruk futboldan anlamır”

Fransalı futbolçu Tanquy Endombele “L’Équipe” nəşrinə verdiyi müsahibədə "Qalatasaray"dakı dönəmi ilə bağlı səs-küylü fikirlər səsləndirib.

Fanat.Az-ın məlumatına görə Endombele bildirib ki, İstanbul təmsilçisində uğursuz olmasının səbəbi özü deyil, baş məşqçi Okan Buruk olub:

“Qalatasarayın əsas problemi mən deyildim, Okan Burukdur. O, futboldan çox da anlamır. Komandada qərarlar bəzən futbolun deyil emosiyaların nəticəsində verilirdi.”

Fransalı yarımmüdafiəçi həmçinin Türkiyə karyerasının istədiyi kimi alınmadığını, amma bu təcrübənin onun üçün bir “dərs” olduğunu da əlavə edib.

Kamil Xudiyev

Seçilən
8
fanat.az

1Mənbələr