AZ

“Messi ilə oynamaq karyeramın ən böyük şanslarından biri idi”

"Real”ın hücumçusu Kilian Mbappe PSJ-də Lionel Messi ilə birgə çıxış etdiyi dövrü xatırlayıb. 

90deqiqe.Az xəbər verir ki, “Movistar” fransalı futbolçunun fikirlərini belə çatdırıb:

“Futbol tarixinə düşən oyunçulardan danışanda Messi ilk ağıla gələn addır. Soyunub-geyinmə otağında isə o, çox sadə bir insan idi. Tanınmış biri olanda insanlar sənə müxtəlif damğalar yapışdırır, amma o, hamıya hörmətlə yanaşırdı. Oyunçu kimi isə unikal idi. Komandanda Messi kimi birisi varsa, sadəcə onun yanında olmalı və hər addımını izləməlisən. O, mənə oyunu daha dərindən anlamağa çox kömək etdi.”

Fransalı futbolçu əlavə edib ki, Messi ilə eyni komandada oynamaq onun üçün böyük şərəf olub:

“Mən heç vaxt düşünməzdim ki, bir gün Messi ilə oynayacağam. Həmişə elə bilirdim ki, o, karyerasını “Barselona”da başa vuracaq, mənim isə arzum “Real” idi. “Barselona”ya keçmək barədə heç vaxt fikrim olmayıb. Onunla oynamaq böyük fürsət idi və buna görə yalnız təşəkkür edə bilərəm.” 

Qeyd edək ki, hazırda argentinalı ulduz ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir.

Seçilən
2
90deqiqe.az

1Mənbələr