"Xala bizim daha çox ehtiyacımız var".
Offsideplus.az xəbər verir ki, bunu Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov deyib. O, sabah keçiriləcək Azərbaycanla oyun öncəsi mətbuat konfransında bu fikirləri səsləndirib.
Rebrov ötən ay baş tutan matçı da (1:1) xatırlayıb:
"Bu, tamam fərqli qarşılaşma idi. Meydan bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, futbolçular daha inamlı çıxış edəcəklər".
Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.