AZ

“Sayns və Albon "Formula-1"in ən güclü pilotlarından biridir”

“Uilyams” komandasının rəhbəri Ceyms Vaulz hesab edir ki, ispaniyalı Karlos Sayns və britaniyalı Aleks Albon hazırda "Formula-1" startında ən güclü pilotlardan sayılır.

90deqiqe.Az xəbər verir ki, "Beyond The Grid" funksionerin dediklərini belə çatdırıb.

“Fikrim dəyişməyib – “Uilyams” hazırda "Formula-1"də ən yaxşı heyətlərdən birinə malikdir. Mənim əsas məqsədim, eləcə də Aleks və Karlosun hədəfi komandanın DNT-sini formalaşdırmaq və onu çempionluq səviyyəsinə çatdırmaqdır. Bu, gələcəkdə onların titul qazanmasına imkan verəcək.”

Qeyd edək ki, 18 mərhələdən sonra “Uilyams” Mühəndislər Kubokunda beşinci yerdə qərarlaşıb. Pilotların fərdi sıralamasında Karlos Sayns 12-ci, Aleks Albon isə 8-ci pillədə yer alır.

Seçilən
3
90deqiqe.az

1Mənbələr