İran oktyabrın 13-də Şarm əl-Şeyxdə atəşkəs sazişinin imzalanmasına həsr olunan sülh sammitində iştirak etməyəcək.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Tehran ABŞ-nin Misirdə Qəzza ilə bağlı planlaşdırılan sülh sammitinə qatılma təşəbbüsünü rədd edib.
Xatırladaq ki, bundan əvvəl “Axios” nəşri ABŞ Dövlət Departamentinin İrana sammitdə iştirak üçün rəsmi dəvət göndərdiyini bildirmişdi.
"Cebheinfo.az"