AZ

"Xiaomi" bu smatfonların yeni modellərini təqdim etməyəcək - Təlabat yoxdur

Çinin texnoloji nəhəngi "Xiaomi" iki məşhur məhsul xəttinin gələcək versiyalarını inkişaf etdirməkdən imtina edib.

Publika.az "GizmoChina"ya istinadən xəbər verir ki, yeni sızmalara görə, 2026-cı ildə buraxılması planlaşdırılan Mix Flip 3 və Civi 6 istehsal edilməyəcək.

Çinli insayderə istinadən verilən məlumatda, bu qərara səbəb kimi hazırkı cihazların satışının zəif olması göstərilir. Şirkətin məhz təlabat olmadığı üçün həmin cihazları istehsal etmək fikrindən daşındığı deyilir.

Qeyd edək ki, Mix Flip 2, Galaxy Z Flip 7 kimi qatlana bilən modellərə rəqib idi. Çin şirkətinin cihazın davamçısı üzərində işləməyə başladığı barədə məlumatlar yayılmışdı.

Seçilən
1
publika.az

1Mənbələr