AZ

Azərbaycanda qadın futbolçu rəqibini yumruqla vurdu

BAKI, 12 oktyabr. TELEQRAF

AFFA Yüksək Qızlar Liqasının II turunda baş tutan “Neftçi” - “Liman” oyununda qalmaqal yaşanıb.

Teleqraf-ın məlumatına görə, “Palms Sport Arena”da keçirilən qarşılaşmanın 12-ci dəqiqəsində “ağ-qaralar”ın və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.

Təcavüzkar davranışına görə Əliyevaya baş hakim tərəfindən birbaşa qırmızı vərəqə verilərək meydandan qovulub.

Qeyd edək ki, görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
42
7
teleqraf.com

10Mənbələr