AZ

Minlərlə işçisi olan avtomobil nəhəngi iflas etdi

Çinli elektrikli avtomobil istehsalçısı Neta Auto rəsmi olaraq iflas prosesinə daxil olub. Bir vaxtlar Toyota tərəfindən satın alınacağı iddia edilən şirkət, 10 mindən çox işçiyə malik idi.

Milli.Az xəbər verir ki, şirkət bir neçə ay əvvəl iflas üçün müraciət edib, lakin ilk müraciət qəbul edilməyib. Son mərhələdə rəsmi iflas proseduru başladılıb. Bu hadisə, avtomobil bazarında xüsusilə Çin markaları arasında gedən aqressiv qiymət müharibəsinin nə qədər ciddi nəticələr doğurduğunu göstərdi.

Neta Auto, Tayland hökuməti ilə əldə etdiyi razılaşmaya əsasən, 2025-ci ildə 19 min elektrikli avtomobil istehsal etməli idi. Ancaq şirkət indiyə qədər cəmi 4 min ədəd avtomobil istehsal edə bilib. Xüsusilə Neta S sedan modeli ilə tanınan şirkət, maliyyə təzyiqləri səbəbindən istehsalı davam etdirə bilməyib.

Mütəxəssislər bildirirlər ki, Neta Auto-nun iflası təkcə bir şirkətin çöküşü deyil, həm də Çinin elektrikli avtomobil bazarında amansız rəqabətin və qlobal tənzimləmə təzyiqlərinin avtomobil sənayesində yeni bir dövrün başlanğıcı olduğuna işarədir. Artan xərclər, azalan mənfəət marjları və agresiv qiymət siyasətləri yaxın zamanda başqa istehsalçıların da iflas riski ilə üz-üzə qala biləcəyini göstərir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
9
2
milli.az

4Mənbələr