"Fənərbağça" klubunda Domeniko Tedesko rəhbərliyi altında mühüm qərar qəbul olunub.
90deqiqe.Az-ın məlumatına görə, İstanbl təmsilçisi İrfan Can Kahveci və Cenk Tosunun komandanın əsas heyətindən kənarlaşdırıldığını açıqlayıb.
Klubun rəsmi açıqlamasında bildirilir:
“Futbol A Komandamızın üzvləri İrfan Can Kahveci və Cenk Tosun alınan qərar nəticəsində kadrodan kənarlaşdırılmışdır.”
Bu qərar "Fənərbağça" prezidenti Sadettin Saran və futboldan məsul idarəçi Ertan Torunoğulları tərəfindən verilib və Domeniko Tedesko tərəfindən təsdiqlənib.
Eyni zamanda, klub prezidenti Sadettin Saranın çərşənbə günü keçiriləcək mətbuat konfransında qərarın səbəblərini açıqlayacağı gözlənilir.