AZ

“Nant”ın 17 yaşlı müdafiəçisi “Barselona” və “Mançester Yunayted”in hədəfində

Bəzi top-klublar 17 yaşlı mərkəz müdafiəçisi Tiliel Tatiyə maraq göstərirlər.

İdman.biz "Caught Offside"a istinadən xəbər verir ki, bu klublar sırasına “Barselona”, “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem”, “Liverpul”, “Brayton”, “Brentford” və “Aston Villa” daxildir.

Mənbənin məlumatına görə, kataloniyalılar Tatiyə uzunmüddətli perspektivli müdafiə gücləndirməsi kimi baxırlar. Lakin “Nant” hələlik gənc oyunçunu buraxmaq niyyətində deyil.

Cari mövsümdə Liqa 1-də Tati altı matç keçirib və nəticə göstərməyib. Onun “Nant”la müqaviləsi 2028-ci ilin yayına qədərdir, Transfermarkt məlumatına görə, onun qiyməti 6 milyon avrodur.

İdman.Biz

Seçilən
12
1
idman.biz

2Mənbələr