AZ

Sənan Hacıyev: Məhkəmələrin müstəqilliyinin təmini yüksək qiymətləndirilir

"Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçirilən islahatların, reallıqların, mədəniyyətimizin dünyada tərənnüm olması baxımından çox önəmlidir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Hakimləri İttifaqının sədri müavini Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunu göstərir:

"Azərbaycanda son illər məhkəmə islahatları keçirilib. Xüsusən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində son iki ildə aparılmış islahatlar beynəlxalq hakim ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ötən il Keytaunda çox böyük mübarizə ilə, bir çox dövlətlərin etirazına baxmayaraq, gizli səsvermə yolu ilə tədbiri Azərbaycanda keçirmək hüququ əldə etdik. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçirilən islahatların, reallıqların, mədəniyyətimizin dünyada tərənnüm olması baxımından çox önəmlidir".

Seçilən
37
2
teleqraf.com

3Mənbələr