Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.
Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1979-cu il təvəllüdlü Ə.Həsənov, 1969-cu il təvəllüdlü Z.Səmədov və 1995-ci il təvəllüdlü M.Rzayevdir. pizza mizza
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız