AZ

Parapauerliftinq üzrə növbəti Dünya çempionatı Bağdadda keçiriləcək

Qahirə, 12 oktyabr, AZƏRTAC

Parapauerliftinq üzrə növbəti Dünya çempionatı 2027-ci ildə Bağdadda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu hazırda Qahirədə keçirilən dünya çempionatında İraq nümayəndə heyətinin rəhbəri, Parapauerliftinq üzrə İraq Federasiyasının vitse-prezidenti Həsən Kərəm bildirib.

H.Kərəm qeyd edib ki, Beynəlxalq Parapauerliftinq Federasiyası Qahirədə keçirdiyi iclasda İraqın bu idman yarışına ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Qahirədə oktyabrın 18-dək davam edəcək beynəlxalq yarışda dünyanın 72 ölkəsindən, o cümlədən Azərbaycandan idmançılar iştirak edirlər.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
32
3
azertag.az

4Mənbələr