AZ

Azərbaycanla oyunun fasiləsində Deşam komandasından nə tələb edib?

Fransa milli komandasının baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla keçirilən oyunun (3:0) fasiləsində oyunçularına sərt iradını bildirib.

İdman.Biz "MC Sport"a istinadən xəbər verir ki, ilk hissədə komandası gözlənilən səviyyədə oynamadığı üçün baş məşqçi futbolçularına daha aktiv olmalarını tapşırıb.

O, oyunçulara səslənərək sürəti artırmağı tələb edib: “Kilian nə etsə də, biz onlara problem yaratmayacağıq, sadəcə dalana dirənəcəyik. Ona görə də hərəkət və sürəti artırın. Belə olduqda rəqib üçün çətin olacaq. Əks halda onlar yorulmayacaq. Bacardığınız hər şeyi edin”.

Qeyd edək ki, üç turun sonunda Fransa komandası D qrupunda 9 xal toplayaraq liderlik edir və hələ heç bir qol buraxmayıb.

İdman.Biz

Seçilən
17
idman.biz

1Mənbələr