AZ

Prezident İlham Əliyev Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BeynəlxalqHakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarınamüraciət ünvanlayıb.

Trend xəbərverir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Beynəlxalq Hakimlər Assosiasiyasının Bakı şəhərindəkeçirilən 67-ci illik iclasında səmimi-qəlbdən salamlayır, ədalətmühakiməsinin inkişafına və hakimlərin müstəqilliyinin təminolunmasına həsr edilən bu mötəbər tədbirin işinə uğurlararzulayıram.

Özündə 100-ə yaxın ölkənin milli hakimlər assosiasiyalarınıbirləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası yarandığı gündən bərihakimlərin müstəqilliyinin müdafiəsi, qanunun aliliyininmöhkəmləndirilməsi, ədalət mühakiməsinin keyfiyyət vəsəmərəliliyinin artırılması istiqamətində mühüm təşəbbüslərə imzaatmış vacib təsisata çevrilmişdir. Bu gün Beynəlxalq HakimlərAssosiasiyası eyni zamanda hüquqi dövlət quruculuğunun əsasdayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi üçünbeynəlxalq dialoq və əməkdaşlıq məkanı rolunu oynayır.

Azərbaycanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illikiclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin qlobalnüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindənonun məhkəmə-hüquq sisteminə olan inam və etimadının əyanitəzahürüdür.

Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda keçirilməsi ölkəmizvə bütün hüquq ictimaiyyətimiz üçün xüsusi rəmzi məna daşıyır.2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elanolunmuşdur. 30 il əvvəl – 1995-ci ildə Ümummilli Lider HeydərƏliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiyada təsbitolunmuş prinsiplər əsasında ölkəmizdə müstəqil, üçpilləli məhkəməsistemi formalaşmış, hakimiyyət bölgüsü, insan hüquqlarınınqorunması və qanunun aliliyi dövlət idarəçiliyinin əsasdayaqlarından birinə çevrilmişdir. Azərbaycan işğal altında olantorpaqlarını azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyanedilmiş ərazi bütövlüyünü və suverenliyini təmin etməyə nailoldu.

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlətsiyasətimizin strateji prioritetlərindən biridir. İnsanhüquqlarının müdafiəsinin əsas təminatçısı kimi ədalətmühakiməsinin rolununun daha da möhkəmləndirilməsi istiqamətindəAzərbaycanda genişmiqyaslı tədbirlər görülür. Ölkəmizdə həyatakeçirilən ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətininsəmərəliliyi artırılmış, vətəndaşların ədalət mühakiməsinə müraciətimkanları genişləndirilmiş, hakimlərin müstəqilliyimöhkəmləndirilmişdir. Eyni zamanda, informasiya texnologiyalarınınvə rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıqvə çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə əlçatanlığınınyaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Bütünbunlar cəmiyyətdə ədalət mühakiməsinə inamın güclənməsinə,məhkəmələrin hüquqi dövlətin əsas sütunlarından biri kimimövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

Müasir dövrün çağırışları, qlobal miqyasda baş verənsosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma,yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəməsistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiqetməyi tələb edir. Bu baxımdan, Beynəlxalq HakimlərAssosiasiyasının illik iclasları müasir reallıqlar fonundaməhkəmə-hüquq sistemlərinin gələcək inkişaf istiqamətlərininmüəyyən edilməsi, onların qarşısında duran çağırışlara cavabverilməsi üçün faydalı təcrübə mübadiləsi və səmərəli dialoqplatformasıdır.

Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illikiclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək tövsiyələr vənəticələr hakimlərin müstəqilliyinin möhkəmlənməsinə, ədalətmühakiməsinin keyfiyyətinin artırılmasına, qanunun aliliyinin vəinsan hüquqlarının müdafiəsinin daha etibarlı təmin olunmasına,eləcə də beynəlxalq həmrəyliyin inkişafına mühüm töhfələrverəcəkdir.

Sizi Bakıda bir daha ürəkdən salamlayır, 67-ci illik iclasınişinə uğurlar arzulayıram".

Seçilən
5
20
az.trend.az

10Mənbələr