Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda 93 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, hazırda Bakı Konqres Mərkəzində tədbirin hazırda açılış mərasimidir.
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun dəvəti ilə bir sıra yerli dövlət rəsmiləri də mərasimə qatılıb.
Qonaqlar arasında daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Baş prokuror Kamran Əliyev ədliyyə naziri Fərid Əhmədov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin vitse-spiker Ziyafət Əsgərov də yer alır.
Qeyd edək ki, beynəlxalq tədbir oktyabrın 17-i başa çatacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.