AZ

"Kəpəz" sabiq futbolçusunu geri qaytardı - RƏSMİ

"Kəpəz" heyətinə yeni oyunçu cəlb etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Rauf ötən mövsümü də “Kəpəz”də keçirmiş, yayda "sarı-göylər"lə vidalaşmışdı. O, geridə qalan "futbol ili"ndə 27 matça çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Seçilən
1
fanat.az

1Mənbələr