AZ

Nəhənglər onu hədəfə aldı - Satılacaq?

“Nant” klubunun mərkəz müdafiəçisi Tilel Tati karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Caught Offside"ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal”, “Tottenhem”, “Liverpul”, “Brayton”, “Brentford” və “Aston Villa" klubları 17 yaşlı futbolçunu izləmək üçün skautlarını Fransa klubuna göndəriblər. 

Mənbənin məlumatına görə, gənc fransız futbolçuya “Barselona” da maraq göstərir. Kataloniya klubu Tatini müdafiə xətti üçün uzunmüddətli perspektivli transfer kimi qiymətləndirir.

Bildirilir ki, “Nant” gənc istedadını satmağa tələsmir.

Cari mövsümdə Tilel Tati Liqa 1-də 6 oyuna çıxıb, lakin məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 6 milyon avro təşkil edir.

Seçilən
1
90deqiqe.az

1Mənbələr