"Kəpəz" Rauf Hüseynlini yenidən transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rauf ötən mövsümü də Gəncə təmsilçisində keçirmişdi. O, burada 27 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.