AZ

Gələcəyin əməliyyat otağı: süni intellektlə risklər azalır

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-da keçirilən “ ANESTHESIOLOGY 2025 ” illik konfransında təqdim olunan yeni araşdırma göstərib ki, süni intellekt (Sİ) alətləri pediatrik anesteziya zamanı xəstələrin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilər. Mərkəzi Miçiqan Universitetinin tədqiqatçıları tərəfindən aparılan sistemli araşdırmaya görə, Sİ alətləri nəfəs borusuna borunun düzgün yerləşdirilməsi, oksigen səviyyəsinin izlənilməsi və əməliyyatdan sonrakı ağrının qiymətləndirilməsi sahəsində ənənəvi metodlardan daha dəqiq nəticələr göstərib. Tədqiqat göstərib ki, süni intellekt alqoritmləri oksigen səviyyəsindəki dəyişiklikləri real vaxtda izləyərək anestezioloqlara təhlükə yaranmazdan 60 saniyə əvvəl xəbərdarlıq edə bilir . Bu, tibb mütəxəssislərinə vaxtında müdaxilə edərək ürək və beyin zədələnmələrinin qarşısını almaq imkanı yaradır. Bu, xüsusilə azyaşlı pasiyentlər üçün həyati əhəmiyyət daşıyır — çünki onların anatomiyası fərqlidir və kiçik ölçülər çox vaxt risk yaradır. Süni intellekt isə hər bir uşağın fərdi fiziologiyasına uyğun qərar təklif edir.

Bundan əlavə, Sİ uşaqlarda əməliyyatdan sonrakı ağrı səviyyəsini 95%-ə qədər dəqiqliklə müəyyənləşdirib. Analizlər göstərib ki, sistem 37 min uşaq üzərində aparılan müşahidələrdə nəfəs borusunun ölçüsü və yerləşmə dərinliyini 40–50% daha az səhvlə proqnozlaşdırıb . Araşdırmanın müəlliflərindən biri, tibb tələbəsi Aditya Şah bildirir ki, “Süni intellekt həkimi əvəz etmir, ancaq onun üçün minlərlə məlumatı saniyələr içində təhlil edərək təhlükəsiz qərar verməyə kömək edir.” Amerika Anestezioloqlar Cəmiyyəti (ASA) qeyd edib ki, bu texnologiyalar hazırda tədqiqat mərhələsində olsa da, yaxın gələcəkdə pediatrik əməliyyatlarda klinik praktikaya daxil ola bilər.

Yeni araşdırma göstərir ki, bu sistemlər həkimə yalnız dəstək deyil, həm də real vaxtda “ağıllı köməkçi” rolunu oynayır. Əgər texnologiya praktikaya tam tətbiq olunsa, uşaqlarda əməliyyat riskləri 50%-ə qədər azala bilər. Görünür, yaxın illərdə əməliyyat otağında həkimin yanında təkcə tibb bacısı deyil, süni intellekt də olacaq — uşaqların həyatını qorumaq üçün. S. Həsənova

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azvision.az

1Mənbələr