Idman.biz saytına istinadən ain.az xəbər verir.
Nigeriya milli komandasının oyunçularını daşıyan təyyarə havaya qalxdan dərhal sonra məcburi eniş edib.
İdman.Biz milli futbol federasiyasına istinadən xəbər verir ki, buna səbəb təyyarənin ön şüşəsində yaranmış çat olub.
Komandanın 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Beninə səfəri zamanı baş verib. Təyyarə 25 dəqiqə sonra geri dönərək aeroporta enib.
Qeyd edək ki, bu səbəbdən Nigeriya – Benin oyunu müvəqqəti olaraq təxirə salınıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.