AZ

Türkiyə millisi ciddi itki ilə üzləşdi

Türkiyə millisi ciddi itki ilə üzləşib.

Fanat.Az-ın məlumatına görə, İrfan Can Kahveci ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla səfər oyununda (6:1) sıradan çıxıb. 

Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

"Fənərbağça"nın vingeri komandasının 6-cı qolunu vurduğu epizodda sağ topuğundan xəsarət alıb. 30 yaşlı futbolçu artıq "ay-ulduzlular"ın düşərgəsini tərk edib.

Türkiyə seçməsi oktyabrın 14-də öz meydanında Gürcüstanla qarşılaşacaq.

Seçilən
20
2
fanat.az

10Mənbələr