Futbol üzrə Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib.
İdman.Biz xəbər verir ki, buna səbəb yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Albaniyaya evdə uduzması (0:1) olub.
Oyundan sonra o, postundan ayrıldığını elan edib.
Qeyd edək ki, Stoykoviç 2021-ci ildən yığmanın baş məçqçisi idi.