AZ

Asiya İnfrastruktur İnvestisiya Bankının Misirdəki portfeli 1.3 milyard ABŞ dollarına çatıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Misirdə mövcud portfeli 1.3 milyard ABŞ dollarına çatıb.

“İki sahil” “əl-Masdar” saytına istinadla xəbər verir ki, bu sözləri bankın vitse-prezidenti və Baş katibi Lodger Şknexlə görüşündə Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşat deyib.

Qeyd olunub ki, bu vəsait su resurslarının idarəsi, enerji səmərəliliyi, nəqliyyat, bərpaolunan enerji, kiçik və orta müəssisələr sahələrini əhatə edir.

Bundan başqa, Raniyə əl-Maşat diqqətə çatdırıb ki, nazirlik “Milli iqtisadi inkişaf ssenarisi: inkişafa və məşğulluğa dəstək verən siyasətlər” sənədini təqdim edib. Bu, məhsuldarlığı daha yüksək olan və ixracyönümlü bazarlara çıxışı geniş olan sektorlar üzərində fokuslanan yeni iqtisadi modelə keçidi təmin etmək məqsədi daşıyır. Nazir əlavə edib ki, bu yanaşma inkişaf etmiş infrastrukturdan istifadə edərək sənaye və investisiyanı dəstəkləyəcək, eləcə də dövlətin iqtisadiyyatda rolunu yenidən müəyyən edəcək və bununla da Misir iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq və özəl sektorun iştirakını təşviq edəcək.

Görüş zamanı, həmçinin İskəndəriyyədəki tarixi Əbu Qir dəmiryolu xəttinin metro xəttinə çevrilməsi layihəsi müzakirə olunub.

Seçilən
14
3
ikisahil.az

4Mənbələr