Futbol üzrə Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində evdə Albaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra yığmadan ayrıldığını açıqlayıb.
D.Stoykoviç bildirib ki, milli komandanı Andorra ilə qarşıdakı matça köməkçisi Qoran Coroviç çıxaracaq.
Qeyd edək ki, mütəxəssis 2021-ci ilin mart ayından Serbiya seçməsinə başçılıq edirdi.