AZ

Serbiya millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib.

Bizim.Media xəbər verir ki, mütəxəssis Albaniyaya evdə uduzduqları (0:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra postundan ayrılıb.

Qeyd edək ki, Stoykoviç 2021-ci ildən yığmanın baş məşqçisi idi. Serbiya millisi K qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Albaniya 11 xalla ikinci, İngiltərə 15 xalla birincidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
5
bizim.media

7Mənbələr