“Qarabağ” dünya reytinqində daha 14 pillə irəliləyib.
"Football-plus.az" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb.
“Köhlən atlar”la eyni mövqedə İtaliyanın “Napoli” komandası da qərarlaşıb. "Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib. "Araz-Naxçıvan" (66,5) 355-dən 391-ə, "Zirə" (65,5) isə 380-dən 407-yə enib.
Qeyd edək ki, 501 futbol klubunun yer aldığı reytinq cədvəlinə 537 xalla Fransanın PSJ klubu başçılıq edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta