AZ

Haalanddan het triklə dünya rekordu

ain.az bildirir, Lent az portalına istinadən.

Norveç və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland rekorda imza atıb.

Lent.az-ın xəbərinə görə, Norveç millisi oktyabrın 11-də 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsraillə qarşılaşıb. Oyun 5:0 hesabı ilə Norveçin xeyrinə başa çatıb.

Håland oyunda het-trik edib. Onun hazırda Norveç yığmasında 46 oyunda 51 qolu var.

Qeyd olunur ki, Haaland dünyanın hər hansı digər aparıcı hücumçusu ilə müqayisədə 50 qolu daha tez vurub.

O, hazırda Harri Keyn (71 oyun), Neymar (74), Kilian Mbappe (90), Robert Levandovski (90), Lionel Messi (107) və Kriştiano Ronaldonu (114) geridə qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
lent.az

2Mənbələr