AZ

ABL: 2-ci tura 2 oyunla yekun vurulur

Bu gün Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

"Sərhədçi" "Lənkəran"la, "Naxçıvan" "Sumqayıt"la üz-üzə gələcək.

B qrupunun qarşılaşmaları uyğun olaraq saat 14:00 və 19:00-da start götürəcək.

Turun əvvəlki oyunlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.

Seçilən
2
1
fanat.az

7Mənbələr