Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı keçiriləcək "Sülh Sammiti"ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək.
Milli.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Səfərin detalları barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı "Sülh Sammiti" keçiriləcək. /"Report"
Milli.Az