Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda 501 klub yer alıb.
Azərbaycan çempionu “Qarabağ” 14 pillə irəliləyərək 96-cı sıradan 82-ci yerə yüksəlib. Digər təmsilçilərimiz “Sabah” 302-ci mövqedən 296-cı yerə qalxıb. “Araz-Naxçıvan” 355-ci yerdən 391-ci yerə, “Zirə” isə 380-ci yerdən 407-ci mövqeyə düşüb.
Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. İlk beşlikdə, həmçinin, “Real Madrid”, “İnter”, “Çelsi” və “Barselona” yer alırlar.