AZ

Çin Trampın 100 faizlik rüsum hədələrinə sərt reaksiya verib

Pekin Vaşinqtonu təzyiq və hədələrdən imtina edib danışıqlara qayıtmağa çağırır...

Poliqon xəbər verir ki, Çin ABŞ Prezidenti Donald Trampın Çin mallarına 100 faiz rüsum tətbiq etməklə bağlı bəyanatına kəskin cavab verib. Pekin Vaşinqtonu qarşıdurma ritorikasından uzaqlaşmağa və ticarət münasibətlərində konstruktiv dialoqa qayıtmağa çağırıb.

Çin Xalq Respublikasının Ticarət Nazirliyinin açıqlamasında qeyd olunur ki, tariflərin artırılması ilə hədələmək “Çinlə münasibətləri normallaşdırmağın düzgün yolu deyil”. Nazirlik bildirib ki, mövcud ticarət fikir ayrılıqlarının həlli üçün tərəflər arasında danışıqların davam etdirilməsi zəruridir.

Açıqlamada vurğulanır ki, Pekin tərəfindən ABŞ-a qarşı atılan cavab addımları məcburi və müdafiə xarakteri daşıyıb. Əgər Vaşinqton düşmənçilik xəttini davam etdirərsə, Çin öz milli maraqlarını qorumaq üçün adekvat cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

“Çin ABŞ-ı yanlış addımlarını mümkün qədər tez aradan qaldırmağa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə qayıtmağa çağırır,” – deyə Ticarət Nazirliyinin bəyanatında bildirilib.

Bu bəyanat Donald Trampın son çıxışında ABŞ-ın “ədalətsiz ticarət siyasətinə” qarşı 100 faizlik rüsum tətbiq edəcəyini deməsindən sonra səslənib. Analitiklərin fikrincə, bu addım ABŞ-Çin ticarət münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr