AZ

Göydəniz Qəhrəmanov: “Azərbaycan həm MDB daxilində, həm də ikitərəfli formatda bərabərhüquqlu əməkdaşlığa hər zaman açıq olduğunu nümayiş etdirdi”



“Cənab Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında etdiyi çıxışında təşkilata üzv ölkələr arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi xüsusi vurğulanmışdır. Həmçinin dövlət başçımız Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini diqqət mərkəzinə çəkərək, mövcud əlaqələrin qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslandığını və böyük inkişaf potensialına malik olduğunu xüsusi qeyd etmişdir. Əlbəttə ki, bu fikirlər Azərbaycanın həm təşkilat daxilində, həm də ikitərəfli formatda bərabərhüquqlu əməkdaşlığa hər zaman açıq olduğunu nümayiş etdirir.”

Bunu aia.az-a açqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat həmçinin bildirib ki, Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsi Azərbaycanın bu təşkilat çərçivəsində də yüksək nüfuza sahib olmasından xəbər verir: “Cənab Prezident öz çıxışında humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə xüsusi toxunmaq bildirdi ki, bu ilin iyununda Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin, tamamilə dağıdılmış şəhərin cəmi bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrildiyinin şahidi oldular. Həmçinin birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Əlbəttə ki, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə mühüm töhfələr verir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Seçilən
5
aia.az

1Mənbələr