AZ

"Qarabağ" dünya reytinqində irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

Xəbər verilir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.


171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. “Köhlən atlar” ötən ay 38 pillə irəliləmişdi.

“Sabah” (81 xal) 302-dən 296-ya yüksəlib.

“Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380-dən 407-yə düşüb.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.


Seçilən
8
32
azia.az

10Mənbələr