BAKI, 12 oktyabr. TELEQRAF
İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman kinofestivalı FICTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi “Documentary – Individual Sport” kateqoriyasının qalibi olub.
Bu barədə Teleqraf-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.