ain.az, Azpost saytına istinadən bildirir.
Yeni elmi araşdırma göstərir ki, fiziki fəaliyyət yalnız bədəni formaya salmır, həm də onu molekulyar səviyyədə yenidən qurur. “Nature Reviews Endocrinology” jurnalında dərc olunan məqalədə Avstraliya Katolik Universitetinin (ACU) alimləri professor Con Havley və Nolan Hoffman son 20 ildə məşq metabolizmi sahəsində əldə olunan böyük irəliləyişləri təqdim ediblər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqata görə, idman ürək xəstəlikləri, piylənmə və 2-ci tip diabet kimi xroniki xəstəliklərin qarşısının alınması və müalicəsində dərman qədər təsirli ola bilər. Professor N.Havley bildirib ki, idman sadəcə fiziki performansla bağlı deyil, sağlamlığımıza molekulyar səviyyədə təsir edən güclü bioloji müdaxilədir.
Alimlər qeyd edirlər ki, son illərdə inkişaf edən “omiks” texnologiyaları (genomika, proteomika və metabolomika kimi) məşqin bədəndə minlərlə molekulu necə aktivləşdirdiyini və bu molekulların bir-biri ilə necə əlaqə qurduğunu anlamağa imkan verib.
N.Hoffman deyib ki, bu tədqiqatlar məşqin yalnız əzələlərə deyil, qan dövranı və immun sisteminə də təsir etdiyini göstərir. İdman zamanı bədən “molekulyar paketlər” adlanan siqnallar göndərərək orqanlar arasında əlaqəni gücləndirir. Gələcəkdə alimlər bu tapıntılardan istifadə edərək insanların genetik və metabolik xüsusiyyətlərinə əsasən onlara ən uyğun idman proqramlarını təyin etməyi planlaşdırırlar. ACU-nun Melburn kampusunda aparılan bu işlər Cənub yarımkürəsində yeganə olan metabolik kamera ilə dəstəklənir. Bu cihaz enerji sərfiyyatı və metabolik reaksiyaları dəqiq ölçməyə imkan verir və insan məşq metabolizmi sahəsində yeni kəşflərə yol açır.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.