AZ

"Qarabağ"dan sıçrayış - 14 pillə irəliləyib

“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son dünya reytinqində daha 14 pillə yüksəlib.

Apasport.az-ın məlumatına görə, bu nəticə komandanın son aylardakı uğurlu çıxışı ilə əlaqədardır.

Ötən ayda 38 pillə irəliləyən Ağdam təmsilçisi yüksəliş tendensiyasını davam etdirir. Belə ki, 171 xal toplayan "köhlən atlar" 96-cı yerdən 82-ci pilləyə qalxıb.

Digər Azərbaycan klubları da reytinqdə dəyişikliklərlə yadda qalıb. “Sabah” 81 xalla 302-ci mövqedən 296-cı yerə yüksəlib. “Araz-Naxçıvan” 66,5 xalla 355-ci yerdən 391-ci sıraya, “Zirə” isə 65,5 xalla 380-ci pillədən 407-ci yerə geriləyib.

Ümumilikdə 501 klubun yer aldığı siyahıya 537 xalla Fransa nəhəngi PSJ başçılıq edir.

Rauf Hüseynli yenidən “Kəpəz”də

Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”

“Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq

Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu

Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”

Seçilən
3
3
apasport.az

10Mənbələr