AZ

Serbiya millisinin baş məşqçisi istefa verdi

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç istefa verib. Msport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin Albaniya ilə oyunundan (0:1) sonra bu addımı atıb.

“Mən artıq federasiya prezidenti ilə və baş katiblə danışmışam. Artıq istefamı onların nəzərinə çatdırdım. Şəxsən mən belə məğlubiyyət gözləmirdim. Bütün məsuliyyəti öz üzərimə götürürəm və gedirəm” – Stoykoviç belə deyib.

O, 2021-ci ilin martından Serbiya yığmasına rəhbərlik edirdi. Serblər Stoykoviç rəhbərliyi altında DÇ-2022-də və AÇ-2024-də iştirak ediblər.

Serbiya millisi hazırda K qrupunda 5 oyundan 7 xalla 3-cü yeri tuturlar.

Seçilən
0
msport.az

1Mənbələr