AZ

Erlinq Holand: “Bu sadəcə fantastikadır”

Norveç yığmasının və “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand İsrail üzərində 5:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 7-ci turundakı matçda het-trik edən norveçli ulduz TV 2-yə açıqlama verib:

“Bu sadəcə fantastikadır! Biz dünya çempionatına bir addım da yaxınlaşırıq. Komandamızın keyfiyyəti var, nə etməli olduğumuzu bilirik və “Ullevoll” stadionunda oynamanın nə demək olduğunu anlayırıq. Yenə də möhtəşəm iş gördük. İndi əsas diqqət növbəti oyunu qazanmağa yönəlib”.

Holand görüşün 27-ci, 63-cü və 72-ci dəqiqələrində fərqlənib.

Qeyd edək ki, bu qələbə sayəsində Norveç 6 oyundan 18 xal toplayaraq I qrupunun lideridir, İtaliya və İsraili 9 xal qabaqlayır. Qeyd edək ki, italiyalıların iki oyunu ehtiyatdadır.

İdman.Biz

Seçilən
7
idman.biz

1Mənbələr