ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2026-nın seçmə mərhələsində Albaniyaya məğlubiyyətdən sonra istefa vermək qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
“Mən Serbiya Futbol Assosiasiyasının prezidenti, həmçinin baş katibi ilə danışdım və istefa verdim. Şəxsən belə məğlubiyyət gözləmirdim. Bütün məsuliyyəti öz üzərimə götürən və daşıyan mənəm”, – o bildirib.
Qeyd edək ki, qarşılaşma şənbə günü, oktyabrın 11-də baş tutub və Albaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beş matçdan sonra serblərin 7 xalı olub və onlar K qrupunda 3-cü yeri tutub. Bu da onları Dünya Kubokunun final mərhələsinə çıxmaqdan kənarda qoyur.
Xatırladaq ki, Stoykoviç 2021-ci ilin martından Serbiya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda DÇ-2022 və Avro 2024-ə vəsiqə qazansa da, hər iki turnirin qrup mərhələsində mübarizədən kənarlaşdırılıb.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.