AZ

Qəzzada atəşkəslə bağlı “Sülh sammiti” keçiriləcək


Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs sazişinin imzalanması ilə bağlı “Sülh sammiti” keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
“Sülh Sammiti oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək və ona Misir və ABŞ prezidentləri sədrlik edəcək", - məlumatda bildirilib.
Misir Prezidentinin ofisi həmçinin sammitə 20 ölkənin lideri dəvət olunduğunu qeyd edib.
İştirakçıların dəqiq siyahısı hələ açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsinə dair saziş imzalandığını açıqlayıb. Amerika lideri izah edib ki, bu, bütün girovların “ən qısa bir vaxtda” azad edilməsi, eləcə də İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması deməkdir.
Seçilən
2
yeniavaz.com

1Mənbələr