AZ

U-17 millimiz İsrailə 5 qolla məğlub oldu

U-17 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Fransanın Sen-Pol-le-Daks şəhərindəki "Park de Sport" stadionunda keçirilən görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.

Xatırladaq ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.

Seçilən
9
1
football-plus.az

6Mənbələr