AZ

Dünya Bankı Cənubi Qafqaz ölkələrinin ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib

Bakı. Trend:

Dünya Bankı Cənubi Qafqaz regionunda ÜDM-in sabit artımınınövbəti üç il ərzində proqnozlaşdırır.

Trend xəbər verir ki, DünyaBankının 2025-ci il üzrə oktyabr buraxılışlı hesabatına əsasən,regionun real ÜDM artımının 2025-ci ildə 3,7%, 2026-cı ildə 3,3% və2027-ci ildə 3,1% olacağı gözlənilir.

Hesabatda həmçinin 2025-ci ilin iyun proqnozları ilə müqayisədəcüzi düzəlişlər qeyd olunur: 2025-ci il üçün +0,1 faiz bəndi,2026-cı il üçün −0,1 faiz bəndi və 2027-ci il üçün −0,3 faizbəndi.

Məlumat üçün qeyd edək ki, regionda ÜDM artımı əvvəlki illərdəbelə olub: 2022-ci ildə 7,3%, 2023-cü ildə 3,8% və 2024-cü ildə5,7%.

“Cənubi Qafqaz ölkələrində artımın 2025-ci ildə 3,7%səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ötən ilki 5,7%göstəricisi ilə müqayisədə azalmadır. Bu, Azərbaycandakarbohidrogen hasilatının azalması ilə bağlıdır – 2025-ci ilinbirinci yarısında neft hasilatı təxminən 5% azalıb”, – deyə DünyaBankının ekspertləri bildirirlər.

Dünya Bankının analitikləri həmçinin qeyd edirlər ki,2022–2023-cü illərdə kəskin artımdan sonra Rusiyadan gələn pulköçürmələrinin normallaşmasına baxmayaraq, regionda pulköçürmələrinin artımı davam edir. Belə ki, Ermənistana daxil olanköçürmələr 2025-ci ilin yanvar–iyul aylarında illik ifadədə 9,2%artıb, Gürcüstana isə 5% artım qeydə alınıb. Rusiyadan gələnköçürmələrin azalması (Gürcüstan üçün təxminən 30%) Avropa İttifaqıvə ABŞ-dan göndərilən vəsaitlərin artması ilə kompensasiyaolunub.

Hesabatda bildirilir ki, Cənubi Qafqaz ölkələri bərpa olunanenerji və rəqəmsal ixrac xidmətləri sahəsində imkanları iləfərqlənir. Regionun Orta Dəhlizdəki mövqeyi həmçinin nəqliyyat vəlogistika xidmətlərinin artımı üçün platforma yaradır.

Seçilən
1
3
az.trend.az

4Mənbələr