AZ

ABŞ-da onlara PUL PAYLANACAQ

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom afroamerikalı kölələrin nəslindən olan şəxslərə reparasiya (təzminat) verilməsi üçün büro yaradılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

KONKRET.az publikaaz-a istinadən xəbər verir ki, bu barədə ştatın normativ aktlar saytında məlumat verilib.

Qanun kölə nəslindən olanlara reparasiya təqdim etmək üçün daimi agentliyin fəaliyyətini təsdiqləyir.

Qanunvericilərin fikrincə, bu addım institusional və iqtisadi bərabərliyə nail olmaq məqsədilə dayanıqlı mexanizmlərin qurulmasına başlanğıc olacaq.

Yaxın zamanda Nyu-Yorkdakı Kolumbiya Universiteti də öz yəhudi əməkdaşlarının diskriminasiyaya məruz qalması səbəbindən kompensasiya ödəyəcək. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, onun administrasiyası universitetlə “tarixi razılaşma” əldə edib. Universitet diskriminasiyaya məruz qalanlara 20 milyon dollar kompensasiya və əlavə olaraq 200 milyon dollar cərimə ödəməyi qəbul edib.

30 iyun tarixində ABŞ administrasiyası Harvard Universitetinin rəhbərliyinə kampusda antisemit insidentlərin artması fonunda hərəkətsizliklə bağlı rəsmi ittiham məktubu göndərib.

Seçilən
10
2
konkret.az

10Mənbələr