AZ

Qəzza ilə bağlı “Sülh Sammiti”nə 20 ölkənin lideri qatılacaq

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək “Sülh Sammiti”nə 20 ölkənin lideri qatılacaq.

Bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat yayıb.

“Beynəlxalq “Şarm əl-Şeyxdə Sülh Sammiti” 13 oktyabr 2025-ci il, bazar ertəsi günortadan sonra keçiriləcək. Tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ prezidenti Donald Trampın həmsədrliyi ilə baş tutacaq və 20-dən çox ölkənin liderinin iştirakı ilə keçiriləcək”, – ofisin saytında bildirilib.

Qeyd edək ki, Azərbaycan da Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq “Sülh Sammiti”nə dəvət olunub.

MənbəREPORT
Seçilən
10
6
banker.az

8Mənbələr