AZ

Diqqət: Oktyabrın 13-də saat 09:00-dan etibarən...

"Azərenerji" ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq "Culfa" elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

"Naxçıvan Enerji" MMC-dən News24.az-a bildirilib ki, bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində oktyabrın 13-də saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.

Seçilən
95
2
news24.az

10Mənbələr