AZ

Qəzza atəşkəsi ilə bağlı “Sülh Sammiti”nə 20 ölkənin lideri qatılacaq

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək “Sülh Sammiti”nə 20 ölkənin lideri qatılacaq.Bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin ofisi məlumat yayıb.

“Şarm əl-Şeyxdə Beynəlxalq Sülh Sammiti 13 oktyabr 2025-ci il, bazar ertəsi günortadan sonra baş tutacaq.Tədbirə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ Prezidenti Donald Tramp həmsədrliy edəcək. Sammitdə 20-dən çox ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir",- məlumatda bildirilib.

Seçilən
10
6
anews.az

8Mənbələr