AZ

Azərbaycan Qəzza ilə bağlı beynəlxalq sammitə dəvət olundu

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq "Sülh Sammiti"nə dəvət olunub.Metbuat.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib. Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib."ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib", - jurnalist qeyd edib.

Üstəlik, Ravidin sözlərinə görə, İran tərəfi dəvət alsa da, İsrail almayıb.

Seçilən
18
5
metbuat.az

10Mənbələr