BAKI, 12 oktyabr. TELEQRAF
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında San Marino Kipri qəbul edəcək.
Bakı vaxtı ilə saat 17:00-da start götürəcək qarşılaşmanın baş hakimi azərbaycanlı FIFA referisi Əliyar Ağayev olacaq.
DÇ-2026
Seçmə mərhələ
12 oktyabr
C qrupu
20:00 Şotlandiya - Belarus
22:45 Danimarka - Yunanıstan
Xal durumu: Danimarka - 7, Şotlandiya - 7, Yunanıstan - 3, Belarus - 0.
G qrupu
20:00 Niderland - Finlandiya
22:45 Litva - Polşa
Xal durumu: Niderland - 13, Polşa - 10, Finlandiya - 10, Litva - 3, Malta - 2.
H qrupu
17:00 San Marino - Kipr
22:45 Rumıniya - Avstriya
Xal durumu: Avstriya - 15, Bosniya və Herseqovina - 13, Rumıniya - 7, Kipr - 5, San Marino - 0.
L qrupu
20:00 Farer Adaları - Çexiya
22:45Xorvatiya - Cəbəllütariq
Xal durumu: Xorvatiya - 13, Çexiya - 13, Farer Adaları - 9, Monteneqro - 6, Cəbəllütariq - 0.